AZ

Zelenski döyüşlərin ilk günündə niyə yoxa çıxıb? -FT detalları açıqladı

Ukrayna lideri Volodimir Zelenski müharibə başlayandan sonra Rusiya silahlı qüvvələrindən gizlənmək üçün bunkerlərə sığınıb. Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.

Nəşr iddia edib ki, Zelenski döyüşlərin ilk günlərində Rusiya ordusunun hədəfinə çevrilməmək üçün bunkerlərdə gizləndiyindən Stoltenberq onunla iki gün danışa bilməyib.

Ukraynada əməliyyat başlayandan sonra Zelenski ilə telefon danışığını xatırladan Stoltenberq Britaniya nəşrinə deyib ki, “bu telefon danışığı olduqca çətin olub”. NATO-nun keçmiş baş katibi söhbətin təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
13
news365.az

1Mənbələr