AZ

“Moskvanın səbri tükənib, dərhal HƏRƏKƏTƏ KEÇƏCƏYİK” - Ryabkovdan ŞOK AÇIQLAMA

“Birləşmiş Ştatlar nüvə sınaqlarını bərpa etmək üçün tədbirlər görməyə başlasa, Rusiya dərhal cavab verəcək”.

Musavat.com xəbər verir ki, bunu RT telekanalının efirində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Əgər ABŞ-nin nüvə sınaqlarını bərpa etməyi nəzərdə keçirdiyi anlamına gələn proseslər başlasa, Rusiya səssiz qalmayacaq”, - deyə nazir müavini bildirib.

Rusiya Federasiyasının 2023-cü ilin noyabrında Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (CTBT) ratifikasiyasını geri götürməsini şərh edən Ryabkov qeyd edib ki, Moskvanın səbri tükənib:

“Biz 23 ildir gözləyirik. Bundan sonra nə olacağı açıq sualdır”.

Sergey Ryabkov bildirib ki, ratifikasiyanın geri götürülməsi müqavilədən çıxmağa bərabər deyil:

"Biz müqaviləyə uyğun hərəkət etməyə davam edirik".

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr