Uruqvaylı ulduz yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, Edinson Kavani "Boka Xuniors"la müqavilə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

37 yaşlı futbolçu daha 2 il Argentina təmsilçisinin formasını geyinəcək. 

Qeyd edək ki, Kavani çempionatda meydana çıxdığı 19 matçda 9 dəfə fərqlənməyi bacarıb.