AZ

"Gənclərin Seçimi: Narkomaniyasız Dünya" layihəsiAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası "Gənclərin Seçimi: Narkomaniyasız Dünya" adlı layihənin icrasını davam etdirir.

Layihənin növbəti tədbiri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub. Tədbiri açılış nitqi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və Yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva açıb. Daha sonra Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının sədri Elçin Çobanzadə çıxış edərək, layihənin məqsədləri haqqında məlumat verib.

Tədbirin moderatoru Günel İbrahimova iştirakçılara qonaqları təqdim edib. Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov narkomaniyanın cəmiyyətə vurduğu zərərlər barədə geniş məruzə ilə çıxış edib.
El-1 idman liqasının idmançısı, dünya və Asiya çempionu Rəsul Rəhimov və digər iştirakçılar da mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Tədbirin sonunda belə tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb və iştirakçılarla xatirə fotosu çəkilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin tərəfdaşlarıEl-1 idman liqası, Neftçi İdman Klubu və Azərbaycan Dövlət Reklam Agentliyidir.

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Seçilən
1
2
turkustan.az

3Mənbələr