AZ

TBMM sədri: "Ankara Moskvaya qarşı birtərəfli sanksiyaları qəbul etmir"

Bəzi ölkələr Rusiya ilə Ukrayna arasında sülh istəmir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “CNN Türk”ün efirində çıxışı zamanı deyib.

O bildirib ki, həmin ölkələr müzakirələrə mane olur.

N.Kurtulmuş, həmçinin söyləyib ki, rəsmi Ankara Moskvaya qarşı birtərəfli sanksiyaları qəbul etmir: “Biz bu sanksiyalara qoşulmuruq”.

TBMM sədri bir müddət əvvəl Rusiyaya səfərindən də danışıb: "Bizi çox yaxşı qarşıladılar. Prezident Vladimir Putinlə statusumuz eyni deyil. Buna baxmayaraq, onunla üzbəüz oturduq. Halbuki Putin vaxtı ilə Fransa Prezidenti Emmanuel Makronla masa arxasında müzakirələr aparmışdı. Bu, dünyada ciddi müzakirə edilmişdi".

Parlament sədrinin fikrincə, dünyada yeni geosiyasi reallıq yaranıb: "Artıq ABŞ-nin hakimiyyətinə son qoyulur. Yeni güc mərkəzləri yaranacaq".

"Cebheinfo.az"

Seçilən
18
3
cebheinfo.az

4Mənbələr