AZ

Ançelotti Arda Gülərin “Real”dakı gələcəyindən danıdşı

“Real Madrid”in baş məşqçisi Karlo Ançelloti Arda Gülərin niyə əsas heyətdə yer almamasına aydınlıq gətirib. İtaliyalı mütəxəssis, klubdakı güclü mövqe rəqabətini əsas göstərərək, Ardanın əsas heyətdə yer almasının çətin olduğunu bildirib. 

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ançelotti “kral klubu"ndakı heyət zənginliyinə diqqət çəkərək, xüsusən hücum mövqeyində olduqca güclü rəqabətin formalaşdığını qeyd edib. Arda Gülərin yüksək potensiala malik futbolçu olduğunu deyən baş məşqçi, ona yaxın gələcəkdə daha çox şans verəcəyini dilə gətirib. 

Xatırladaq ki, Arda Gülər 2023-cü ildə 30 milyon avro dəyərində “Fənərbaxça”dan transfer edilib. O, “Real Madrid”in heyətində 21 oyuna çıxıb və 6 qol vurub.  socar vakansiya


Telegram kanalımız
Seçilən
16
yenisabah.az

1Mənbələr