AZ

Sabah 26 dərəcə isti olacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinindəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Sabah mülayim cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, havanın temperaturu gecə 14-18° isti, gündüz 22-26° istiolacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq.Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərqküləyi əsasən şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti,dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

Məqalədə:
Seçilən
0
49
az.trend.az

10Mənbələr