AZ

Əhməd Musa özünə yeni komanda tapıb

Nigeriyalı hücumçu Əhməd Musa karyerasını harada davam etdirəcəyinə qərar verib.

90deqiqe.Az-ın “ Radio Brila”ya istinadən məlumatına görə, 31 yaşlı futbolçu vətənə qayıdıb və Musanın karyerasına başladığı "Kano Pillars" klubu ilə müqavilə imzalayıb.

Forvard 2024-cü ilin fevralından komandasız idi. Nigeriyalının son klubu Türkiyənin “Sivasspor”u olub.

 Xatırladaq ki, Əhməd Musa karyerası ərzində  ÇSKA klubu ilə  yanaşı “Lester”, “Əl-Nasr”, “Fatih Karaqumryuk”, “Sivasspor” və digər komandalarda çıxış etməyi bacarıb.

Seçilən
21
90deqiqe.az

1Mənbələr