AZ

"Qarabağ"ın adını daha "Azərsun FK" qoysunlar!" - Xalq "Qatrabağ"a əvvəlki dəstəyi niyə vermir?

"Qarabağ"ın adını dəyişib eləsinlər "Azərsun FK"...

Tərifini göylərə qaldırdığınız Qurban Qurbanovu da aparıb qoysunlar, yaman günə olan  "Kəpəz" klubunun baş məşqçisi. Görüm bu klubu Azərbaycan çempionatında ilk beşliyə çıxara bilərmi? Hay çıxardı, hay... 

"Qarabağ" qələbəmizin simvoludur-zad söhbətlərinə də ehtiyac yoxdur. Zamanında qələbə çalıb özləri üçün pul qazanıblar, Tahir Gözəl ciblərini doldurub. O qələbələrin əldə olunmasında komandaya ümumxalq dəstəyi də rol oynayırdı və bu dəstək  komandaya əlavə ruh verirdi. Sonra insanlarımız gördü ki, "Qarabağ" vəhabi kontoruna çevrilir, oyunlara əvvəlki kimi can qoyulmur, ona görə də tədricən dəstək də səngidi.

Nicat Dağlar

Missiya.az saytının rəhbəri

MİA.AZ

Seçilən
8
1
mia.az

2Mənbələr