Azərbaycanın idman gimnastı Nazənin Teymurova Macarıstanın Sombatxey şəhərində davam edən “Challenge” seriyasına aid Dünya Kubokunda finala vəsiqə qazanıb.
Fanat.Az-ın Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, o, dayaqlı tullanma proqramı üzrə yarışda uğurlu nəticəyə imza atıb.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.