AZ

WhatsApp-da sosial şəbkə funksiyaları istifadəyə verilib (FOTO)

WhatsApp tərtibatçıları messencer üçün yeni funksiyaları təqdim ediblər. Təqdim edilmiş funksiyalar messenceri daha çox sosial şəbəkəyə çevirir. Belə ki, bundan sonra istifadəçilər öz kontaktlarının Status paylaşımlarını bəyənə və öz Status paylaşımlarında kontaktlarını qeyd edə biləcəklər.

Yeni funksiya sayəsində Status paylaşımını konkret istifadəçi kütləsinə ünvanlamaq mümkündür. Bu halda Status paylaşımı istifadəçinin öz hesabında görünməsə də, seçilmiş kontaktlar üçün sərgilənəcək. Seçilmiş kontaktlar bu barədə bildirişi əldə edəcəklər və Status paylaşımını repost etmək imkanına sahib olacaqlar. Üstəlik Status paylaşımlarını bəyənmə düyməsi əlavə edilib. Məlumatda qeyd edilib ki, Status paylaşımında bəyənmə sayı göstərilməyəcək. Beləliklə kimlərin Status paylaşımını bəyəndikləri məlum olmayacaq. Bu yeni funksiyalar tədricən istifadəçilər arasında istifadəyə verilir.

© technote.az

Seçilən
18
valyuta.az

1Mənbələr