AZ

Oteldə yanğın: Çox sayda xəsarət alan var

Almaniyanın cənubundakı Bamberq şəhərində (Bavariya) oteldə baş verən yanğın nəticəsində azı 11 nəfər xəsarət alıb.

News24.az “Bild”-ə istinadən xəbər verir ki, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. 

Yanğının otelin birinci mərtəbəsində yerləşən mətbəxdə baş verdiyi bildirilib. 

Otelin qonaqları təxliyə edilib. Zərərçəkmiş 11 nəfərdən 2-si orta, 8-i isə yüngül bədən xəsarətləri alıb. 

Yanğının dəqiq səbəbi müəyyən edilməyib. İlkin hesablamalara görə, dəyən ziyan ən azı 50 min avrodur.

Teymur Məmmədov


Seçilən
13
news24.az

1Mənbələr