AZ

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri -FOTO

Zəngilan şəhərində təməli qoyulmuş altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkə hesabında paylaşım edib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib. Yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcək. Kompleks 3 ha ərazidə yaradılacaq.

 

Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.

 

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri - FOTO

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri - FOTO

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri - FOTO

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri - FOTO

 

Seçilən
5
11
sfera.az

10Mənbələr