AZ

"Türk Dövlətləri Təşkilatı daha da güclü olacaq" - Nazir müavini

Türk Dövlətləri Təşkilatı (TDT) daha da güclü olacaq.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Türkiyə KİV-inə müsahibəsində deyib.

 

O, TDT-nin və türk dövlətlərinin daha da güclü olacağına inamını ifadə edib.

 

Nazir müavininin sözlərinə görə, 15 il əvvəl imzalanan Naxçıvan sazişi tarixi və mühüm hadisədir: “Bu, türk dövlətləri üçün bir dönüş nöqtəsidir”.

 

E.Məmmədov TDT-yə üzv ölkələr arasında siyasi, iqtisadi və ticarət sahəsində faydalı əməkdaşlığa diqqət çəkib.

Seçilən
6
7
sfera.az

8Mənbələr