AZ

"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb (FOTO)

Bakı. Trend:

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ÖzbəkistanRespublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçünikitərəfli əməkdaşlıq Planı”na əsasən, Hərbi İdarəetmə İnstitutununHərb Oyunları Mərkəzində iki ölkə arasında keçirilən "Məharət-2024"kompüter dəstəkli birgə komanda-qərargah təliminin bağlanışmərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə şəhidlərinxatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Özbəkistanrespublikalarının Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər "Məharət-2024" təliminin əsas məqsədinin müttəfiqqüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, stratejitərəfdaşlığımızı inkişaf etdirmək olduğunu bildiriblər.
Ümumilikdə təlimin gedişatı, iştirakçıların müasir kompütertexnologiyalarından istifadə və qərar qəbuletmə bacarıqları müsbətqiymətləndirilib.

Qeyd olunub ki, qarşıya qoyulan bütün tapşırıqların icrasındahər iki ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayişetdiriblər.

Daha sonra iştirakçılara sertikifikatlar təqdim edilib, təlimdəfərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Mərasim Həzi Aslanov adına Ordu İdeoloji və MədəniyyətMərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatıb.

Məqalədə:
Seçilən
20
23
az.trend.az

10Mənbələr