AZ

İçərişəhərə maşınla girmək olmaz:Yeni qayda sakinlərə nə vəd edir? - AÇIQLAMA

Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində şəhər sakinləri və qonaqların hərəkətinin təhlükəsizliyini və rahatlığını artırmaq məqsədilə İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilib. İslahatlar İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılmasını, Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasını, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılmasını, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün maşınların hərəkəti üçün bağlanmasını nəzərdə tutur.

Maraqlıdır, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən irəli sürülən təkliflər sözügedən ərazidə hansı müsbət dəyişikliklərə səbəb olacaq?       

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı danışarkən bildirib ki, turistik zonada, belə avtombil sıxlığının baş verməsi məqbul hesab olunmur:   

“İçərişəhər turizm və tarixi baxımından çox əhəmiyyətli yerdir. Ancaq biz onu qoruyub saxlaya bilmirik. Bu gün oradakı vəziyyət heç də ürəkaçan deyil. Fikirləşirəm ki, AYNA tərəfindən irəli sürülən təkliflər dəstəklənməlidir. Həmin ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmalıdır. Yanlız orada yaşayan və digər kateqoriyadan olan şəxslərə hərəkət imkanı yaradılmalıdır. Ən optimal variant budur”. 

Ekspert hesab edir ki, artıq ölkəmizdə nəqliyyatın hərəkətini tənzimləyən və özünü təsdiqləyən müəyyən modellər var. Məsələn, Xəqani bağının ətrafında tətbiq olunan qayda “Xaqani bağının (avtomobillər üçün daim bağlanması) mikromobillik baxımından mütərəqqi addım olub. 28 May metrosunun qarşısı nəqliyyat üçün qapadılıb, bura mikromobillik üçün əhəmiyyətli məkana çevrilib. İrəli sürülən təkliflər belə məkanların sayını daha da artıracaq.    
(today.press)

Seçilən
13
avtosfer.az

1Mənbələr