AZ

Olimpiya Oyunlarının mükafatçısı və ikiqat Avropa çempionu Bakıya gəlib

Avarçəkmə üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat Avropa çempionu və dünya ikincisi Dimitrios Mouyios Bakıya səfər edib.

Azreform.info xəbər verir ki, Milli Olimpiya Komitəsinin dəvəti ilə ölkəmizə gələn yunanıstanlı veteran avarçəkən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında (AKAF) olub.

Dimitrios Mouyios AKAF-ın son illərdə gördüyü işlər, keçirilən beynəlxalq yarışlar və qazanılan nəticələrlə tanış olub.

Seçilən
22
12
azreform.info

10Mənbələr