AZ

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Rayon rəhbəri şəhid Yaqub Qəhramanlının anası Mətanət Qəhramanovanı 50 illik yubileyi münasibəti ilə ziyarət edib...

Poliqon Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Tərtər şəhərində Vətən müharibəsi şəhidi Qəhramanlı Yaqub Abdulla oğlunun ailəsini ziyarət edib, anası Mətanət Qəhramanovanı 50 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, şəhid Yaqub Qəhramanlı Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. “Yaşat” Fondunun xətti ilə uzun müddət “İstanbul Medicana Hospitalında”, “İstanbul Cərrahiyə xəstəxanası”nda və Dövlət Təhlükəsizliyi Xidmətinin “Hərbi Tibbi Hospital”ında müalicə almasına baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb. Yaqub Qəhramanlı 29.05.2022-ci il tarixdə şəhadətə qovuşub.

Yaqub Qəhramanlı 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Yaqub Qəhramanlının bir oğlu yadigar qalıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Fotolar

Poliqon.info

Seçilən
13
49
poliqon.info

10Mənbələr