AZ

Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının iştirakçıları Qəbələ şəhərinə səfər edib

Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçıları Qəbələ şəhərinə səfər edib

Bu barədə APA-ya Baş Prokurprluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlərin keçirilməsi davam etdirilir.

Qeyd olunan tədbir çərçivəsində ölkəmizdə səfərdə olan 100-ə yaxın prokuror ölkəmizin tarixi yerlərindən olan Qəbələ şəhərinə səfər etmişdir.

Səfər zamanı qonaqlar qədim alban memarlığının nümunəsi olan Müqəddəs Yelisey adına Cotari Kilsəsi ilə tanış olub, Qəbələ Arxeoloji Mərkəzini ziyarət edərək orada olan eksponatlar barədə onlara ətraflı məlumat verilib.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Seçilən
12
9
apa.az

10Mənbələr