AZ

Antonio Konte - İtaliya A Seriyasında sentyabrın ən yaxşı məşqçisi

“Napoli”nin baş məşqçisi, italyan mütəxəssis Anotio Konte sentyabr ayında İtaliya A Seriyasının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İtaliya A Seriyasının rəsmi saytına istinadən məlumat verir.

Sentyabr ayında Kontenin “Napoli”si A Seriyası çərçivəsində “Kalyari” (4:0) və “Montsa” (2:0) üzərində qələbələr qazanıb, “Yuventus”la oyundan isə sülhlə ayrılıb (0:0).

Xatırladaq ki, A Seriyasında cari mövsümün ilk ayının (avqust) ən yaxşı məşqçisi “Torino”ya rəhbərlik edən Paolo Vanoli seçilmişdi.

Cari ilin iyun ayında “Napoli” italyan mütəxəssis Antonio Konteni “eşşəkciklər”in sükanı arxasına gətirib. Konte ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamış “Napoli”, italyan mütəxəssisin qarşısına komandanı rəqabətəqadir, iddialı kollektivə çevirmək tapşırığı qoyub. 55 yaşlı əzmkar Konte isə bu yükün altına inamla çiyin verib.

Rəhbərliyi müddətində Konte “Napoli”ni 9 oyuna çıxarıb, 7 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət yaşayıb. “Napoli”nin top fərqi isə 23:8 nisbətindədir.

7 turdan sonra “Napoli” 16 xalla İtaliya A Seriyasının yarış cədvəlinə başçılıq edir.

Seçilən
11
arena.az

1Mənbələr