AZ

“Azərenerji” ASC-nin Prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”

“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Seçilən
6
49
xalqcebhesi.az

10Mənbələr