AZ

Rəqəmsal İdarəetmə Mərkəzi elektrik təchizatı üçün “Zəngilan” yarımstansiyasından yeraltı kabel xətləri çəkilib - Rəşad İbrahimov (FOTO)

Zəngilan. Trend:

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan ElektrikŞəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin elektrik təchizatı üçün“Zəngilan” yarımstansiyasından yeraltı kabel xətləri çəkilib.

Trend xəbərverir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qarabağ RES-inistismar üzrə rəis müavini Rəşad İbrahimov bildirib.

"Zəngilandakı Rəqəmsal İdarəetmə Mərkəzi iki mərtəbədənibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kV olan iki güctransformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikincimərtəbədə isə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan”yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib", -deyə o bildirib.

Onun sözlərinə görə, Mərkəz elektrik şəbəkəsinin vəziyyətihaqqında bütün məlumatları toplayan və emal edən, eləcə dəavadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət,mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir:

"Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmətransformatorlarının və yeni nəsil rəqəmsal avadanlıqkomplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsilyarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini təmin edir,avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa,etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanıitkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunmasıdəyəri və istismar xərcləri azalır".

Onu da qeyd edək ki, rəqəmsal yarımstansiyadan qidalananistehlakçılar elektrik enerjisi verilişində fasilələrin yaranmasıbarədə məlumatları onlayn qaydada əvvəlcədən ala bilərlər.Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsiprosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindənelektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradanqaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrikenerjisinin miqdarına görə işin multifunksional rejimdəqurulmasını, cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasınıtam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənintələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texnikitəhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, yaşıl enerjimənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir.Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatlarıməsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.

Rəqəmsal
Rəqəmsal
Rəqəmsal
Rəqəmsal
Rəqəmsal
Rəqəmsal
Rəqəmsal
Məqalədə:
Seçilən
40
20
az.trend.az

10Mənbələr