AZ

Mahir Emrelinin komandası doğma meydanda qalib gəlib

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası doğma meydanda "Proyssen"ə qalib gəlib.

"Cebheinfo.az" xəbər verir  ki, qarşılaşma II Bundesliqanın VIII turuna təsadüf edib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Emreli 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Nürnberq" səkkiz oyundan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb. Qonaq komanda isə 5 xalla 16-cı sıradadır.

"Cebheinfo.az"

Seçilən
30
1
cebheinfo.az

10Mənbələr