AZ

“Nürnberq” qalib gəldi, Mahir Emreli yenə qol vura bilmədi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası doğma meydanda "Proyssen"ə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma II Bundesliqanın VIII turuna təsadüf edib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Emreli 72-ci dəqiqədə əvəzlənib.

"Nürnberq" səkkiz oyundan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb. Qonaq komanda isə 5 xalla 16-cı sıradadır.

Seçilən
12
7
sportinfo.az

10Mənbələr