AZ

Marsda qurulacaq ilk şəhərin adı açıqlandı

Amerikalı iş adamı İlon Mask “X” sosial şəbəkəsində maraqlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, o, Marsda qurulacaq ilk şəhərin adını açıqlayıb.

İnternet istifadəçilərindən biri Maskın Marsdakı ilk şəhəri necə adlandıracağını soruşub. Biznesmen “Bar” cavabını verib. Bəziləri adın bu versiyasını “Mars” şokoladı ilə əlaqələndiriblər. Digər internet istifadəçiləri isə ilk öz versiyalarını təklif ediblər. Onların arasında İlonqrad, İlonvil, Maskelon, Maskburq, İlonobad və s. olub.

Xatırladaq ki, Elon Mask ilk dəfə olaraq 2020-ci ildə Marsda koloniyalar qurmaq və “qırmızı” planetdə ilk şəhər yaratmaq planlarından danışmışdı.

Marsa ilk insanın göndəriləcəyi tarixə gəlincə, iş adamı bunun 2024-2029-cu illər ərzində baş tutacağını ehtimalını irəli sürüb.

Seçilən
15
2
bakivaxti.az

3Mənbələr