AZ

HƏMAS-ın iki komandiri öldürülüb

İsrail Müdafiə Qüvvələri (IDF) və Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) Livanda keçirdiyi birgə əməliyyat zamanı HƏMAS-ın əməliyyat bölməsinin komandiri Məhəmməd Hüseyn Əli əl-Mahmud öldürülüb.

O, İudeya və Samariya bölgəsində terror aktlarına rəhbərlik edib.

“Əl-Mahmud son illərdə İsrailin xaricdəki obyektlərinə hücumlarda, eləcə də Livanda HƏMAS-ın strukturunun gücləndirilməsi fəaliyyətində iştirak edib və İsrailə raket hücumları üçün silah tədarükü ilə məşğul olub”, - məlumatda qeyd olunub.

Tripoli ərazisində həyata keçirilən daha bir birgə əməliyyat zamanı HƏMAS-ın hərbi qanadının nümayəndəsi Səid Alaa Naif Əli öldürülüb.

Məlumatda onun İsrail obyektlərinə hücumlara rəhbərlik etdiyi və HƏMAS sıralarına döyüşçülər cəlb etdiyi bildirilib.

Mənbə: report.az

Seçilən
20
8
report.az

10Mənbələr