Gürcüstan-Ermənistan sərhədində 200-dən çox yük maşını toplaşıb.
\"Report\"un Gürcüstan bürosu xəbər verir ki, hazırda Sadaxlıdan Ermənistana giriş üçün 233 yük maşını növbədə gözləyir.
Qeyd edək ki, oktyabrın 3-dən etibarən \"Baqratşen”, \"Bavra” və \"Qoğavan” keçid məntəqələrində gömrük işçilərinin rotasiyası səbəbindən keçid qabiliyyəti azalıb.