AZ

Yevlaxda 8 yaşlı uşağı it dişləyib

 

Azərforum xəbər verir ki, "Unikal"ın məlumatına görə, Yevlaxda 8 yaşlı uşağı it dişləyib.

hadisə Hacıselli kəndi ərazisində baş verib.

Sahibsiz it  2016-cı il təvəllüdlü Səfərov Sənan Teymur oğlunu dişləyərək onu yaralayıb.

Xəstəxanaya çatdırılan azyaşlıya zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

Ehtiram Muradov

Seçilən
2003
21
unikal.az

10Mənbələr