AZ

Alman yazıçısı Vulf Dornun oxucularla görüşü və imza mərasimi keçirilib

Bakı. Trend:

Oktyabrın 5-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsindədünya şöhrətli alman yazıçısı Vulf Dornun oxucularla görüşü və imzasaatı keçirilib.

Trend-inməlumatına görə, yazıçı əvvəlcə oxucuların suallarını cavablandırıbvə əsərlərini yazmağa başladığı dövrdə psixiatriya xəstəxanasındaişlədiyini, burada xəstələrin həyat hekayələrindən ilham aldığınıbildirib. O, əsərlərində reallıqları əks etdirməyə çalışdığını davurğulayıb.

“Əsərlərimdəki adlar ölkələrə görə fərqlənir. Əsasən tarixiyazıçıları sevirəm, müasir yazıçılardan isə Stiv Berrini qeyd edəbilərəm. Oxuduğum hər yazıçıdan nəsə öyrənirəm, buna görə dəonların hamısını sevirəm.

Bir əsərin ilk səhifəsini yazmaq ən çətin anlardan biridir,çünki oxuculara xüsusi bir əsər və fərqli bir atmosfer təqdimedəcəyinizə dair söz verirsiniz. Həmin atmosferin yaranması məhzilk səhifədən asılıdır. Əgər ilk səhifə oxucunun diqqətini cəlbetsə, onlar əsərin qalan hissəsini oxumağa davam edəcəklər. Əkshalda, oxucularınızı itirə bilərsiniz. "Ən çox çətinlik çəkdiyinizəsər hansıdır?" sualına cavab olaraq deyə bilərəm ki, bu proseshazırda üzərində işlədiyim əsərdə yaşanır. Çünki orada çoxluobrazlar var və onları oxuculara necə düzgün təqdim edəcəyimidüşünürəm,” – yazıçı qeyd edib.

Görüşün sonunda imza saatı keçirilib.

Sərgi çərçivəsində yazıçının oktyabrın 6-da, saat 15:00-da BakuEkspo Mərkəzində daha bir oxucularla görüşü baş tutacaq.

Seçilən
42
az.trend.az

1Mənbələr