Rusiyalı deputat Sergey Kolunov bildirib ki, yeniyetmələrin hobbisinə görə inzibati və cinayət məsuliyyəti tətbiq edilməlidir.
Referans.az publika.az-a istinadən xəbər verir ki, deputat vurğulayıb ki, kvadrovinqlə maraqlanan uşaqların sayı artmaqdadır və eyni zamanda onların davranışlarından şikayətlər də çoxalır.
"Belə ki, 2023-cü ilin avqustunda "quadrobers" sözü üçün cəmi 1184 müraciət qeydə alınıb, 2024-cü ilin avqustunda isə bu rəqəm 439 683-ə yüksəlib",- Kolunov qeyd edib .
Kolunov Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovaya müraciət edərək kvadların populyarlığının artması ilə bağlı vəziyyəti nəzarətə götürməyi xahiş edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta