AZ

SON DƏQİQƏ! Türkiyə mühüm xəbəri ELAN ETDİ - BAŞLANDI

Türkiyənin ilk milli pilotsuz döyüş təyyarəsi "Kızılelma"nın seriyalı istehsalına başlanılıb.

Musavat.com xəbər verir ki, Baykar şirkətinin texniki direktoru Selçuk Bayraktar "Kızılelma"nın serial istehsal xəttindən çıxan ilk görüntüsünü sosial mediada paylaşıb.

Bayraktarın paylaşımında “Kızılelma, Allahın izni ilə serial istehsala başlayıb” ifadələrinə yer verib.

"Kızılelma" Türkiyənin ilk reaktiv pilotsuz döyüş təyyarəsi olaraq milli və orijinal olaraq hazırlanıb. Baykar tərəfindən istehsal edilən pilotsuz təyyarə ilk uçuşunu 2022-ci ilin dekabrında uğurla həyata keçirib. Türkiyənin müdafiə sənayesində mühüm addım olan "Kızılelma" döyüş meydanlarında insanlı qırıcı təyyarələrini əvəz edə biləcək şəkildə dizayn edilib. Bu təyyarə hava-hava döyüşlərini yerinə yetirə bilir və yüksək sürətli manevr qabiliyyətinə malikdir. Kızılelma həmçinin, radar sistemi ilə müəyyən edilə bilməyən bir texnologiya ilə təchiz edilib.

Türkiyə bu layihə ilə müdafiə sənayesində yeni bir dövr açaraq, müasir texnologiyalarla təchiz olunmuş döyüş təyyarələri sahəsində əhəmiyyətli irəliləyiş əldə edir.

Musavat.com

Seçilən
22
2
musavat.com

3Mənbələr