AZ

Makron İsrailə silah göndərilməsini dayandırmağa çağırıb

Fransa prezidenti Emmanuel Makron Qəzzaya hücumlarına görə tənqid edilən İsrailə silah göndərilməsini dayandırmağa çağırıb. Makron İsrailin baş naziri Binyamin Netanyahunun Fransanın mövqeyini nəzərə almamasını da tənqid edib.

Sherg.az xəbər verir ki, "France Inter" kanalına danışan Makron, "Məncə, bu gün prioritet siyasi həll yoluna qayıtmaq və Qəzzada savaş  üçün silah göndərilməsini dayandırmaqdır" deyib.

O əlavə edib ki, Fransa İsrailə silah göndərməyib. Makron bəyan edib ki, İsrail beynəlxalq hüquq və humanitar qanunlara əməl edərək özünü müdafiə etməlidir:

"Səslərimiz eşidilmir və bu, səhvdir; bu həm də İsrailin gələcək təhlükəsizliyi üçün səhvdir".

Makron İsrailin Livana hücumlarını da dəyərləndirərək, “Livan yeni Qəzza ola bilməz” deyib.
Seçilən
15
sherg.az

1Mənbələr