Bakı. Trend:
Misli Premyer Liqasında IX tur davam edir.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, turun ikinci gününün oyunları Bakıda keçirilib.
Aşağı pillələrdən qurtulmaq üçün mübarizə aparan “Səbail”“Şamaxı”nı sınağa çəkib. Oyun meydan sahiblərinin üstünlüyü iləkeçib. Onlar 4 oyunluq məğlubiyyət seriyasına son veriblər.Şamaxılılar isə 5 görüşdən sonra meydanı xalsız tərk edib.
“Sabah” isə dövrənin sürprizi “Araz-Naxçıvan”ı qəbul edib.Qarşılaşma erkən qollarla yadda qalıb. 5-ci dəqiqədə hesabı evsahibləri açıblar. Amma cəmi 3 dəqiqə sonra qonaqlar bərabərlikqolunu vurublar. Bundan sonra tablodakı rəqəmlər dəyişməyib.
Qeyd edək ki, I dövrənin sonuncu tutuna sabah yekunvurulacaq.