AZ

Dini tolerantlıq bütün azərbaycanlıların qürur mənbəyidir - Elçin Əmirbəyov

Bakı. Trend:

Dini tolerantlıq Azərbaycanın əsas xüsusiyyətidir və etnikmənşəyindən və dinindən asılı olmayaraq bütün azərbaycanlılarınqürur mənbəyidir.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusitapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov yazıçı-tarixçi KarloMarinoya müsahibəsində deyib.

"Azərbaycan həm Şərq, həm də Qərb tərəfindən zərurimədəniyyətlərarası və dinlərarası dialoq və qarşılıqlı fəaliyyətüçün təbii platforma kimi tanınır. Bakı artıq mədəniyyətlər vədinlər arasında dialoqun təşviqi və inkişafına yönəlmiş sammitlər,qlobal forumlar və konfranslar kimi mühüm tədbirlərin keçirilməsiüçün aparıcı beynəlxalq platformalardan birinə çevrilib", - deyəE.Əmirbəyov bildirib.

Onun sözlərinə görə, bu aspekt Azərbaycan ilə Müqəddəs Taxt-Tacarasında əməkdaşlığın möhkəmlənməsinə kömək edir və digər dövlətlərüçün nümunə ola bilər.

"Onilliklər ərzində Azərbaycan ikitərəfli münasibətlərimizinmühüm tərkib hissəsi olan dünya mədəni və dini irsinin qorunubsaxlanmasına yönəlmiş xeyriyyə layihələri ilə fəal şəkildə məşğulolur. Bu, həm də Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dərinetimadı və qarşılıqlı hörməti nümayiş etdirir", - deyə E.Əmirbəyovəlavə edib.

Məqalədə:
Seçilən
24
5
az.trend.az

6Mənbələr