Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" Türkiyə I Liqasının VIII turu çərçivəsində "Adanaspor"la qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Dadaşov meydana 69-cu dəqiqədə daxil olub. Matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, "Ankaragücü" 10 xalla 10-cu pillədə qərarlaşıb.