Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Xetafe” – “Osasuna” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Las Palmas” evdə “Selta”ya, “Valyadolid” isə “Rayo Valyekano”ya məğlub olub.
Üç qolun qeydə alındığı “Espanyol” – “Malyorka” matçında meydan sahibləri qələbə qazanıblar. “Real” da “Vilyarreal”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.
9-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İspaniya, La Liqa
9-cu tur
4 oktyabr
Leqanes – Valensiya 0:0
5 oktyabr
Espanyol – Malyorka 2:1
Qollar: Kumbulla, 18. Xofre, 47 – Raillo, 68.
Xetafe – Osasuna 1:1
Qollar: B.Yıldırım, 21 – Budimir, 60.
Las Palmas – Selta 0:1
Qol: B.İqlesias, 28.
Valyadolid – Rayo Valyekano 1:2
Qollar: Amallah, 51 – De Frutos, 57; 80.
Real – Vilyarreal 2:0
Qollar: Federiko Valverde, 14. Vinisius Junior, 73.
6 oktyabr
16:00. Jirona – Atletik
18:15. Alaves – Barselona
20:30. Sevilya – Betis
23:00. Real Sosyedad – Atletiko