AZ

Bakıda ata və oğul bir ailənin 3 üzvünü bıçaqladı - Ölən var

Oktyabrın 6-da gecə saat 01 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyev şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

DİN-dən "Unikal"a verilən məlumata görə, polis  əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Hacıyev və İ.Hacıyev müəyyən olunaraq saxlanılıb. 

Hadisə nəticəsində Q.Məlikov ölüb. 

Araşdırma aparılır.

Seçilən
19
34
unikal.az

10Mənbələr