AZ

Azərbaycana Türkiyədən 67 milyon dollarlıq avtomobil sənayesi məhsulları gətirilib - 12 milyonluq azalma

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana Türkiyədən 67 milyon 705 min ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları gətirilib.

Valyuta.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon 776 min ABŞ dolları və ya 15,6 % azdır. Ötən ilin eyni dövründə bu rəqəm 80 milyon 481 min ABŞ dolları idi.

Qeyd edək ki, bu dövr ərzində Türkiyənin Azərbaycana ümumi ixracı 1 milyard 639 milyon 542 min ABŞ dolları dəyərində olub ki, bu da, illik müqayisədə 20 milyon 758 min ABŞ dolları və ya 1,3 % çoxdur.

Əvəz Həsənov

Seçilən
71
valyuta.az

1Mənbələr