AZ

“Azəryol” “Qaliçanka”ya qarşı

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu bu gün növbəti avrokubok oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 2-ci mərhələsində cavab matçına çıxacaq.

Bakı klubu Ukrayna təmsilçisi “Qaliçanka” ilə üz-üzə gələcək. İlk qarşılaşmada uduzan “Azəryol” öz meydanındakı qarşılaşmaya nominal qonaq qismində çıxacaq.

Qeyd edək ki, 3-cü mərhələnin matçları noyabrın 10-16-da keçiriləcək.

Avropa kuboku
2-ci mərhələ, cavab oyunu
6 oktyabr
17:00. “Qaliçanka” (Ukrayna) - “Azəryol” (Azərbaycan)
Hakimlər:
Stefan İvanoviç, Marko Vuyisiç (hər ikisi Monteneqro)
Bakı. AHF Arena
İlk oyun – 36:22

İdman.biz

Seçilən
22
idman.biz

1Mənbələr