AZ

İran ölkənin qərbində hava məkanını bağlayıb

“Military Chronicle” xəbər verir ki, İran oktyabrın 9-dək ölkənin qərbindəki hava məkanını bağlayıb. Müəlliflərin yazdığı kimi, İran Hərbi Hava Qüvvələri İsrailin cavab zərbəsi ərəfəsində hazır vəziyyətdədir.

“İranlılar oktyabrın 9-na kimi ölkənin qərbindəki hava məkanını bağladılar və eyni zamanda, ölkənin hərbi-dəniz gəmiləri də yerlərini dəyişdilər”, – mesajda deyilir.

“The Guardian” yazır ki, İsrail HƏMAS-ın hücumunun ildönümü olan oktyabrın 7-nə kimi İrana qarşı cavab tədbirləri görməyə hazırlaşır . Cavab zərbəsinin “ağır və əhəmiyyətli” olacağı gözlənilir.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail İranın raket hücumuna cavab verməyə borcludur və bunu mütləq edəcək.

Tehran xəbərdarlıq edib ki, İsrailin hər hansı təcavüzkar hərəkətinə dərhal cavab verəcək.

Mənbə The Guardian

Seçilən
31
50
dogru.az

10Mənbələr