AZ

Sumqayıtda 23 yaşlı gənc faciəvi şəkildə ÖLDÜ

Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş "Alüminum zavodu" ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vurub.

23 yaşlı gənc hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
12
29
milli.az

10Mənbələr