AZ

Ruud Qullit Zlatan İbrahimoviçin “Milan”dakı işinə qiymət verdi

“Milan”ın keçmiş futbolçusu Ruud Qullit Zlatan İbrahimoviçin “rossoneri”nin baş müşaviri vəzifəsində fəaliyyətindən danışıb.

Arena.az niderlandlı keçmiş futbolçunun bu barədə fikrini təqdim edir:

“Mənim ondan xoşum gəlirmi? Çox. “İbra” heç kəsə bənzəməyən futbolçu idi, indi də heç kəsə bənzəməyən bir insandır. O, ünsiyyətində qeyri-ənənəvidir, amma onun münasibəti şübhəsiz ki, komandadakı təzyiqi aradan qaldırmağa kömək edir. O, heç vaxt təsadüfi bir fəaliyyətə yol vermir, onun mətbuat konfransları isə heç vaxt darıxdırıcı olmur. Futbol dünyasının ona olduğu kimi ehtiyacı var”.

Ruud Qullit yarışın ümumi mərhələsinin başlanğıcında ardıcıl iki məğlubiyyətdən sonra, “rossoneri”nin UEFA Çempionlar Liqasının ələmə mərhələsinə yüksəlmək imkanı haqda söhbət açıb:

“Yeni tərtibat onlara geri-dönüş fürsəti verir. “Milan”ın cədvəli obyektiv olaraq çətin idi: hətta üç aydır bir yerdə olmayan komanda üçün “Liverpul” və “Bayer”lə oyunlar ən yaxşı seçim deyil”, deyə Qullit vurğulayıb.

Xatırladaq ki, Zlatan İbrahimoviç ötən il futbolçu karyerasını bitirmək qərarına gəlib. O, futbolçu ikən sonuncu klubu olan “Milan” rəhbərliyində işə düzəlib.

Zlatan İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunyted” və “Los-Anceles Qelaksi” kimi klublarda çıxış edib.

Zlatan 2001-ci ilin yanvarında debüt etdiyi, 122 oyun keçirdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 62 qol və 25 məhsuldar ötürmə.

“Milan”a gəlincə, İtaliya nəhəngi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk iki turunda “Liverpul”a (1:3) və “Bayer”ə (0:1) uduzub. A Seriyasında isə komanda 6 oyuna topladığı 11 xalla 5-ci sırada qərarlaşıb.

Seçilən
27
arena.az

1Mənbələr