AZ

Ronaldo “Əl-Nəsr”ə onu transfer etməyi təklif etdi

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə klubunu “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyneni transfer etməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Daily Mirror” məlumat yayıb.

Mənbənin sözlərinə görə, belçikalı yarımmüdafiəçi daha əvvəl Səudiyyə Ərəbistanına keçmək imkanı olduğunu bildirib. Bu məqamı fürsət bilən “Əl-Nəsr futbolçuya ildə təxminən 52 milyon maaşla təmin etməyə hazırdır.

Kevin De Bruyne bu mövsüm “Mançester Siti”nin heyətində bütün yarışlarda 6 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatının 5 turundan sonra “Əl-Nəsr” 11 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


Müəllif: Teleqraf.com
Seçilən
20
2
teleqraf.com

4Mənbələr