AZ

Kəlbəcər sakini Şəmkirdə Kürdə boğulub

Şəmkirdə balıq tutmaq istəyən şəxs Kürdə batıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Kür çayının rayonun Kür qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə şəhərində yaşayan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Kürdə batıb.

Hadisədən bir qədər sonra mərhumun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az” 

Seçilən
21
10
cebheinfo.az

10Mənbələr