AZ

Şəmkirdə 35 yaşlı kişi Kür çayında boğuldu

Şəmkirdə 35 yaşlı kişi Kür çayında boğulub.

Teleqraf.com xəbər verir ki, Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev çayın rayon ərazisindən keçən hissəsində batıb.

Onun meyiti tapılaraq ailəsinə təhvil verilib. Qeyd edək ki, Z.Abdullayev çayda balıq tutan zaman ehtiyatsızlıqdan suya yıxılıb.

Faktla bağlı araşdırma aparılır.//Report.az


Müəllif: Teleqraf.com
Seçilən
15
9
teleqraf.com

10Mənbələr