AZ

MDB dövlət başçıları MOSKVADA TOPLANIR

Oktyabrın 8-də Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası baş tutacaq.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Bildirilib ki, orada liderlər təşkilat çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaq və gələn il Birliyə sədrlik barədə qərar qəbul edəcəklər.

Bundan əlavə, yaxın üç il üçün MDB-nin mədəniyyət paytaxtlarının elan edilməsi haqqında qərarlar imzalayacaq, hüquqi sahədə və təhlükəsizlik sahəsində əməkdaşlığa dair bir sıra sənədlərə düzəlişlər qəbul edəcəklər.

Seçilən
23
publika.az

1Mənbələr