AZ

“Kür” və “Azəryol” komandaları avrokuboklarla vidalaşıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Qadın həndbolçulardan ibarət “Kür" və “Azəryol” komandaları Avropa Kubokunda mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, “Kür” Yunanıstanın “İonias" klubuna, “Azəryol” isə “Qaliçanka”ya (Ukrayna) məğlub olaraq turnirlə vidalaşıb.

Azərbaycanın Avropa Kubokundakı digər təmsilçisi “Qarabağ” isə “Differdanj” (Lüksemburq) komandasına hər iki oyunda qalib gələrək III mərhələyə yüksəlib.

Seçilən
13
2
azertag.az

3Mənbələr