AZ

Conni Herbert Ferstappenin cəzalandırılmasından danışıb

F-1.az xatırladır ki, sonuncu dünya çempionunun canlı efirdə pis söz işlətməsinə görə stüardlar tərəfindən ictimai-islah işləri ilə cəzalandırması həm peleton, həm də azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb…

Conni Herbert: “Sinqapur Qran Зrisinin mətbuat konfransında Maks öz maşınına qarşı kobud söz işlətdi. Bu, yaxşı yer deyildi, çünki bu müsahibələr bütün dünyada yayımlanır. Bəziləri iddia edir ki, biz sürücüləri robotlara çevirmək istəyirik, amma bu, belə deyil. Biz sadəcə onlardan kobud danışmamağı xahiş edirik və məncə, düzgün hərəkət edirik. Əksər sürücülər kobud danışmırlar.

Maksla yaxşı və açıq söhbətimiz oldu, təxminən yarım saat çəkdi. Onun üzündən məyus olduğu görünürdü, amma sonra sakitləşdi. Qəbul etdiyimiz qərara görə bizi günahlandırmadı. Biz onu cərimələyə bilərdik, amma qərara gəldik ki, onu sosial məsuliyyətli bir iş görməyə məcbur etmək daha faydalı olacaq. Bu işin nə olacağına Maks və FİA qərar verəcək”.

Ertəsi gün Maks vəziyyəti daha da gərginləşdirib. Növbəti FİA mətbuat konfransında suallara eyni və qısa cavabları verib, sonra isə paddokda öz improvizə olunmuş mətbuat konfransını keçirib. Bu, bir daha Maksın üsyankar təbiətini göstərib. “Mən onun bu tərəfini sevirəm, məhz bu xüsusiyyət onu səmimi və açıq edir. Amma hər şeyin öz yeri və zamanı var. Şəxsən mən hesab edirəm ki, söyüşlərin sayı həddindən artıq çoxdur. Mən istəmirəm ki, 5 yaşlı nəvəm belə leksika eşitsin”, – deyə Herbert fikrini yekunlaşdırıb.

Seçilən
48
f-1.az

1Mənbələr