AZ

İsrail ölkənin şimalının yenidən raket atəşinə tutulduğunu açıqlayıb

İsrailin şimal bölgələrində, o cümlədən ölkənin bu hissəsinin ən böyük şəhəri olan Hayfada Livandan yeni raket atəşi qeydə alınıb.

APA xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, gecə yarısına az qalmış Livandan Hayfa və ətraf ərazilərə doğru təxminən beş raket atılıb və bu, orada hava hücumu xəbərdarlığına səbəb olub.

Bundan əlavə, Yuxarı Qalileyə doğru da 15-ə yaxın raket atılıb. Ordunun bildirdiyinə görə, raketlərin bəziləri havada zərərsizləşdirirlib.

Seçilən
38
1
apa.az

10Mənbələr