AZ

Çingiz Abdullayev: "EXPO-da uşaqları kitablarla görmək ən böyük zövqdür"

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev EXPO sərgisində uşaqlarla keçirdiyi xüsusi anları bölüşüb. Yazıçı, kitab sevərlər arasında olmaqdan böyük məmnunluq duyduğunu ifadə edərək, "Beş gün davam edən EXPO-da yüzlərlə uşağı kitablarla görmək mənim üçün ən böyük zövq idi," deyə qeyd edib.

QHT.az xəbər verir ki, yazıçı uşaqların ona avtoqraf üçün müraciət etməsinin və valideynləri ilə şəkil çəkdirmək istəmələrinin onu çox sevindirdiyini bildirib. O, bu halların onu sentimental hala gətirdiyini və hətta qocaldığını zarafatla vurğulayıb: "Gözəl xanımlar kişilərin həyatını bəzəyir, uşaqlar isə varlığımıza məna verir və gələcəyə zəmanət yaradır."

Yazıçı eyni zamanda Qarabağ müharibəsi qəhrəmanlarının da onun kitablarını oxuduğunu bildirib. "General Polad Həşimovdan tutmuş Qarabağı azad edən zabit və əsgərlərimizə qədər nə qədər qəhrəman mənim oxucum olub. Şəhid anaları mənə bu barədə çox danışır. Bu o deməkdir ki, mən boş yerə yaşamamışam," - deyə Ç. Abdullayev vurğulayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
31
qht.az

1Mənbələr